Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb

Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb
  09 İyul 2020    Oxunub:2515
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. İyunun 9-na olan operativ məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 82,6 faizində biçin prosesi başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sahələrdən 2643842,7 ton məhsul yığılıb. Yığılan məhsulun 1012655,9 tonu arpa, 1631186,8 tonu buğdadır. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir. Arpa üzrə orta məhsuldarlıq 30,1 sentner, buğda üzrə orta məhsuldarlıq 32,4 sentnerdir.

Biçin prosesinə 882 kombayn cəlb olunub. Bunlardan 227-si “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin biçin bölgəsində yerləşən aqroservislərinin balansında olan kombaynlardır. “Aqrolizinq” ASC tərəfindən biçin başa çatmış bölgələrdən aktiv biçin zonasına əlavə 152 kombayn dislokasiya edilib. Biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 503 kombayn iştirak edir.

Biçin davam edir.

Azvision.az


Teqlər: KTN   Taxıl  





Xəbər lenti