Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin müalicəsini nəzarətə götürdü

  09 İyul 2020    Oxunub : 9595
 Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin müalicəsini nəzarətə götürdü
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin koronavirusa yoluxmuş müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Şükür Eyvazov bildirib.

O qeyd edib ki, hazırda C. Paşayevin səhhəti stabildir: “Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığıyla gündə bir neçə dəfə onun səhhətiylə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.

Azvision.az

Teqlər: Mehriban-Əliyeva