Düşmənə məxsus PUA vuruldu, döyüş heyəti məhv edildi

 Düşmənə məxsus PUA vuruldu, döyüş heyəti məhv edildi
  14 İyul 2020    Oxunub:15241
Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Bunu Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə V.Dərgahlı deyib ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır, heç bir itki yoxdur.

Azvision.az


Teqlər: PUA   MN  





Xəbər lenti