AQTA bitki sağlamlığına nəzarət üzrə sistem yaradıb

AQTA bitki sağlamlığına nəzarət üzrə sistem yaradıb
  17 İyul 2020    Oxunub:2056
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icrası çərçivəsində bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistem yaradılıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Dövlət Proqramında icrası nəzərdə tutulmuş əkin təyinatlı torpaq sahələrində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadəyə dair monitorinqlər keçirib.

Bu tədbir üzrə torpaqlarda aqrokimyəvi analizlər aparılıb, hədəflərə nail olunub. AQTA tərəfindən bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə ilə bağlı fermer və ailə-kəndli təsərrüfatları maarifləndirilib.

Əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirlərinə dair 4 təlimat hazırlanaraq nəşr edilib. Bunlar “Üzüm bağlarında inteqrir mübarizə tədbirləri sistemi üzrə təlimat”, “Kartof əkinlərində inteqrir mübarizə tədbirləri sistemi üzrə təlimat”, “Tumlu və çəyirdəkli meyvə bağlarında inteqrir mübarizə tədbirləri sistemi üzrə təlimat” və “Pambıq əkinlərində inteqrir mübarizə tədbirləri sistemi üzrə təlimat”dır.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti