Axtarışda olan şəxs həmyerlisini bıçaqladı

Axtarışda olan şəxs həmyerlisini bıçaqladı
  21 İyul 2020    Oxunub:3685
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də şəhər sakini M.İbrahimova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edən R.Şıxəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onun Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti