Gömrükdə sahibkarlarla görüş keçirilib
Görüş dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük rəsmiləşdirilməsi prosesində meydana çıxan problemlərin müzakirəsi və operativ şəkildə həll edilməsi məqsədilə keçirilib.
Görüşdə komitə rəsmiləri pandemiya ilə mübarizə tədbirlərində səmərəli və işgüzar fəaliyyətlərinə görə sahibkarlara xüsusi təşəkkürlərini bildiriblər. Daha sonra dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük dəyərləndirilməsinin metodologiyaları ətraflı şəkildə görüş iştirakçılarına izah olunub, bu istiqamətdə qanunvericiliyin tətbiqi metodları barədə məlumat verilib. Sahibkarlara gömrük rəsmiləşdirilməsi prosesində Tarif Şurasının təqdim etdiyi qiymətləri əsas götürmək, gömrük dəyəri ilə real bazar qiymətləri arasında kəskin fərqlərin yaranmasına yol verməmək tövsiyə olunub.
Sonda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Azvision.az