Mingəçevirdə 15 velosipedçi cərrimələndi

Mingəçevirdə 15 velosipedçi cərrimələndi
  18 Avqust 2020    Oxunub:3244
Mingəçevir Şəhər Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları karantin rejimi qaydalarını pozan velosipedçilərə qarşı reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, avtomobil yollarında hərəkət edərək həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradan velosipedçilər saxlanılıblar. Onlarla profilaktik söhbətlər aparılıb, velosipedi digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etmələrinin vacibliyi izah olunub.

Reyd zamanı qaydaları pozan 15 velosipedçi barəsində inzibati tədbir görülüb.

Azvision.az



Teqlər: DİN   Velosipedçi  





Xəbər lenti