Mal-qara oğruları saxlanıldı

Mal-qara oğruları saxlanıldı
  20 Avqust 2020    Oxunub:2710
Avqustun 18-də Oğuz rayonunun Kərimli kəndi ərazisində Gəncə şəhər sakini T.Nağıyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avtomobilin yük yerinə baxış zamanı 1 baş inək və 1 baş qoyun aşkar edilib. Araşdırmalarla qeyd edilən inəyin həmin gün Şəki rayon sakini K.Hüseynovaya məxsus həyətyanı sahədən oğurlanması müəyyən edilib.

Oğuz RPŞ və Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən sürücü və iki sərnişini saxlanılıb.


Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti