Astarada qumbara tapılıb

Astarada qumbara tapılıb
  20 Avqust 2020    Oxunub:4362
Avqustun 20-də saat 11:20-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonunun Şiyəkəran kəndi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Astara Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Astara Rayon Mərkəzi Xəstəxananın təcili tibbi yardım stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssislərinin və rayon polis şöbəsinin əməkdaşları ərazidə yol kənarına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Qumbara zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti