“Lotu Quli” İstanbulda dəfn ediləcək

   “Lotu Quli” İstanbulda dəfn ediləcək
  21 Avqust 2020    Oxunub:4653
Tanınmış azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifov ("Lotu Quli") İstanbulda dəfn ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə virtualaz.org-a kriminal avtoritetin qardaşı Müşviq Səlifov məlumat verib.

Nadir Səlifovun ailəsi Türkiyədə yaşadığı üçün belə qərar verilib.

Xatırladaq ki, Nadir Səlifov dünən gecə Antalyada yerləşən otellərin birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Azərbaycandan olan “Xan” ləqəbli başqa bir kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçıb, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az


Teqlər: Lotu-Quli  





Xəbər lenti