Evlərdən oğurluq edən keçmiş məhkum tutuldu

Bundan başqa, Gəncə şəhər xəstəxanaların birindən 1000 manat dəyərində kompüter, 350 manat dəyərində printer və 1790 manat dəyərində müxtəlif dərman preparatlarını oğurlayıb. Daha sonra o, ötən ilin mayın 7-də şəhər ərazisindəki mənzillərin birindən 2300 manat dəyərində 2 ədəd televizor oğurlayıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq oradan 400 manat dəyərində 1 ədəd televizor oğurlaması da aşkar edilib. R. Quliyev maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırma aparılır.
Azvision.az