Bu il 463 qadın cinayət törədib

   Bu il 463 qadın cinayət törədib
  21 Avqust 2020    Oxunub:3855
Qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.
Azvision.az -ın məlumatına görə, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib.

Qeyd olunub ki, bu ilin birinci yarımilində qadınlar tərəfindən 463, ötən ildə isə 1 039 cinayət törədilib.

Bundan əlavə, 2020-ci ilin birinci yarımilində qadınlara qarşı 1291, 2019-cu ildə isə 3091 cinayət törədilməsi aşkarlanıb.

Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti