Bakı sakinini bıçaqla hədələyib pulunu aldı

Bakı sakinini bıçaqla hədələyib pulunu aldı
  21 Avqust 2020    Oxunub:2787
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə avqustun 20-də bir nəfərin Bakı şəhər sakini Ə.Şalıyevi bıçaqla hədələyərək pulunu, şəxsiyyət vəsiqəsini və mobil telefonunu alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Balakişiyev saxlanılıb.

Binəqədi RPİ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti