Azərbaycanda COVID-19-dan ölüm faizi açıqlandı

   Azərbaycanda COVID-19-dan ölüm faizi açıqlandı
  21 Avqust 2020    Oxunub:3485
“Martın 23-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında pandemiya ilə mübarizəyə başlamışıq. Çox qısa vaxtda koronavirus xəstələrini qəbul etmək üçün islahatlar aparılıb".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

Həkim-infeksionist bildirib ki, ilk vaxtlar bir neçə günlük çətinlik olsa da, sonrakı günlərdə hər şey yüksək səviyyədə təşkil olundu.

"Almaniyada fevral-aprel ayları ərzində 10 min xəstədən 22%-i ölüb. Yaş qrupları üzrə bu faiz dəyişməkdədir. 60-70 yaş aralığında 15%, 60-dan aşağı 5% olub. Bizim xəstəxanada ölüm faizi daha aşağıdır, yəni 12%-dir. Ümumilikdə Azərbaycanda koronavirusa yoluxub ölənlər 1%-dən aşağıdır. İranda, Çində, Avropada bu rəqəmlər daha çoxdur. Bu karantin tədbirlərinin operativ şəkildə təqdim olunması ilə əlaqəlidir. Bu gün dünya nəyi bilirsə, biz onu bilirik, onu təqdim edirik. Bu gün bizdə ölüm faizi çox aşağıdır”.

Azvision.az


Teqlər: Koronavirus   ölüm  





Xəbər lenti