Satıcını bıçaqla hədələyib 100 manatını aldı

Satıcını bıçaqla hədələyib 100 manatını aldı
  22 Avqust 2020    Oxunub:4108
Avqustun 20-də Yardımlı şəhəri ərazisindəki mağazalardan birinə gəlmiş naməlum şəxs orada işləyən A.Cəfərovu bıçaqla hədələyib 100 manat pulunu alıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanıb.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti