Qanunsuz sərnişin daşıyan sürücülər saxlanıldı

Qanunsuz sərnişin daşıyan sürücülər saxlanıldı
  22 Avqust 2020    Oxunub:4367
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avqustun 21-də Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı R.İsgəndərov və sərnişini Şabran rayon sakini A.İsayevin Bakı şəhər sakini olan 7 nəfər sərnişinə pul müqabilində müxtəlif rayon qeydiyyatlı vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsi verərək onları rayon istiqamətinə postdan keçirməyə cəhd etməsi müəyyən edilib.

Qeyd edilən 7 nəfər barəsində İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib edilib, R.İsgəndərov və A.İsayev isə araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil veriliblər.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti