FHN köməksiz qalan şəxsi xilas etdi

FHN köməksiz qalan şəxsi xilas etdi
  24 Avqust 2020    Oxunub:1883
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının eyvanından düşərək birinci mərtəbədəki mənzilin damında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub.

Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.

Azvision.az




Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti