Evdən 2100 manatlıq oğurluq edildi

Evdən 2100 manatlıq oğurluq edildi
  24 Avqust 2020    Oxunub:1551
Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ö. Bəkirov saxlanılıb, digər şəxs isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti