Qaradağda ağır qəza, ölən var

Qaradağda ağır qəza, ölən var
  25 Avqust 2020    Oxunub:3203
Avqustun 24-də saat 10 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Şabran rayon sakini N. Bəyməmmədovun idarə etdiyi “Man” və Bakı şəhər sakini B.Ələkbərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Ələkbərovun sərnişini, Tovuz rayon sakini Firuddin Məhərrəmov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti