Qobustandakı qəza ilə bağlı rəsmi məlumat

Qobustandakı qəza ilə bağlı rəsmi məlumat
  25 Avqust 2020    Oxunub:2917
Daxili İşlər Nazirliyi (DİN) Qobustan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyevin idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobus aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlərdən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb. Xəsarət almış digər sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti