Ehtiyat təkərin içərisindən siqaret çıxdı

Ehtiyat təkərin içərisindən siqaret çıxdı
  25 Avqust 2020    Oxunub:2860
Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda xeyli miqdarda siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Azvision.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin ehtiyat təkərinin içərisində gömrük nəzarətindən gizlədilən 13 160 ədəd "Marlboro double mix", 5 720 ədəd "Parliament Silver Blue" və 1 440 ədəd "Parliament Carat", ümumilikdə 20 320 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti