Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə 450 min ayrıldı

   Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə 450 min ayrıldı
  25 Avqust 2020    Oxunub:4251
Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə" sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Tovuz  





Xəbər lenti