Reanimasiyada olan xəstə sayı 161-ə düşdü

   Reanimasiyada olan xəstə sayı 161-ə düşdü
  25 Avqust 2020    Oxunub:3699
Ümumilikdə 1848 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, hazırda xəstələrin 161-i reanimasiyadadır. 20 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 35 559 nəfərə, sağalanların sayı 33 190 nəfərə vəfat edənlərin sayı isə 521 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün - avqustun 24-də reanimasiyada olan xəstələrin 181, süni tənəffüs cihazına qoşulan xəstələrin sayı isə 21 nəfər idi.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti