Bakıda narkotik satan iki nəfər tutuldu

Bakıda narkotik satan iki nəfər tutuldu
  26 Avqust 2020    Oxunub:2053
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Azvision.az -ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazov saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 0,910 qram heroin aşkar edilərək götürülüb.

Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidov saxlanılıb.

Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb.Hər iki fakt üzrə araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti