Keçmiş məhkum silah oğurladı

Keçmiş məhkum silah oğurladı
  26 Avqust 2020    Oxunub:3724
Masallıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 150 manat pul, məişət əşyaları, ov tüfəngi, 3 ədəd patron, bir torpaq sahəsindən isə generator oğurlamaqda şübhəli bilinən Gəyəçöl kənd sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   silah  





Xəbər lenti