15 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO
Ramin Qasımlıının idarə etdiyi “Lada” markalı avtomobilin yük yerindən isə 12 kiloqram heroin və 3 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Sonuncu əməliyyat nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Yardımlı rayonunda qəbul edib və Sumqayıt şəhərinə gətirərək satışını təşkil etmək istəyib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ramin Qasımlı tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azvision.az