Köməksiz qalan azyaşlılar xilas edildi

Köməksiz qalan azyaşlılar xilas edildi
  27 Avqust 2020    Oxunub:3003
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 3 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən azyaşlılar xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə   Azyaşlı  





Xəbər lenti