Qadına qarşı soyğunçuluq edənlər tutuldu

Qadına qarşı soyğunçuluq edənlər tutuldu
  27 Avqust 2020    Oxunub:3014
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə avqustun 26-da 29-cu məhəllənin ərazisində 2 nəfərin şəhər sakini A.Bayramova zor tətbiq edib 400 manat məbləğində pulunu və mobil telefonunu alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov və R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

R.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun şəhər sakinləri olan daha iki nəfərin mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyənləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Sumqayıt  





Xəbər lenti