Oğurladığı motosikleti idarə edərkən ələ keçdi

Oğurladığı motosikleti idarə edərkən ələ keçdi
  27 Avqust 2020    Oxunub:3030
Paytaxtın Nəsimi rayonunda motosiklet qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Ə.Firuziyə məxsus “Haouje” markalı motosikleti oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum edilən T.Maksimov avqustun 26-da Ş.Bədəlbəyli küçəsində onu idarə edərkən tutulub.

Faktla əlaqədar təhqiqat aparılır.

Azvision.az



Teqlər: DİN   Motosiklet  





Xəbər lenti