Mikroavtobus piyadanı vurub öldürdü

Mikroavtobus piyadanı vurub öldürdü
  27 Avqust 2020    Oxunub:3164
Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, avqustun 26-da saat 16 radələrində Şəki şəhərinin Ə.Haqverdiyev küçəsində yolu keçən şəhər sakini Solmaz Alxasova Q.Məcidovun idarə etdiyi “Ford” markalı mikroavtobusla vurulub.

Hadisə nəticəsində xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti