FHN Xızıdakı yanğınla bağlı məlumat yayıb

FHN Xızıdakı yanğınla bağlı məlumat yayıb
  28 Avqust 2020    Oxunub:3630
Fövqəladə Hallar Nazirliyi (FHN) Xızı rayonu ərazisində dağlıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən Azvision.az -a bildirilib ki, rayonun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə təqribən 300 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub.

Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Xatırladaq ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti