Şəki sakinindən tüfəng götürüldü

Şəki sakinindən tüfəng götürüldü
  28 Avqust 2020    Oxunub:2435
Şəki sakinidə qanunsuz olaraq ov tüfəngi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Fərhad Şahməmmədova məxsus fərdi yaşayış evinin həyətindən bir ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Tüfəng  





Xəbər lenti