Qaxda 700 kq şaftalı oğrusu saxlanıldı

Qaxda 700 kq şaftalı oğrusu saxlanıldı
  28 Avqust 2020    Oxunub:2173
Qax rayon ərazisindəki torpaq sahələrinin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsindən əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də rayon ərazisindəki torpaq sahələrinin birindən 1000 manat dəyərində olan 700 kiloqram şaftalı oğurlamaqda şübhəli bilinən Almalı kənd sakini C.Abdullayev saxlanılıb.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti