Yasamalda yanğın olub

Yasamalda yanğın olub
  28 Avqust 2020    Oxunub:2652
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət tikili və içərisindəki ev əşyaları 74 m² sahədə, yataqxana binasının birinci mərtəbəsinin dəhlizində dolab 4 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yataqxana binasının yaşayış olmayan hissəsində birinci və üçüncü mərtəbələr arası pəncərə çərçivələri, ikinci və dördüncü mərtəbələr arası eyvanların taxta üzlükləri qarsalanıb.

Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Bakı   Yanğın  





Xəbər lenti