Kliniki Tibbi Mərkəzin sabiq rəhbərinə cinayət işi başlanmayıb

   Kliniki Tibbi Mərkəzin sabiq rəhbərinə cinayət işi başlanmayıb
  28 Avqust 2020    Oxunub:3097
Azərbaycan Respublikasının Baş Prokurorluğu 1 saylı Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri Ədalət Dadaşovun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Baş Prokurorluqdan Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb.

O cümlədən bu məsələ ilə bağlı hər hansı istintaq aparılmır.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti