Bakı polisi reyd keçirdi
Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.
Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt sakinləri ilə fərdi profilaktik söhbətlər aparılır, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir.
Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
Azvision.az
Teqlər: Bakı-Polisi Reyd