Nardaran sakini silahını polisə təhvil verdi

Nardaran sakini silahını polisə təhvil verdi
  29 Avqust 2020    Oxunub:3001
Nardaran sakini könüllü olaraq odlu silahını polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan proflaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini İ. Əliyev müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.

Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan proflaktik tədbirlər nəticəsində Ağdam rayonunun Sarıcalı kənd sakini N.Təhməzov mərhum atasına məxsus müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq RPŞ-nə təhvil verib.

Azvision.az


Teqlər: Nardaran   Silah  





Xəbər lenti