Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür
  30 Avqust 2020    Oxunub:3330
Bu gün Milli Qəhrəman Rövşən Əliyevin doğum günüdür.
Azvision.az xəbər verir ki, Rövşən Nəriman oğlu Əliyev 30 avqust 1972-ci ildə Bakı şəhərində doğulub. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olub. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılıb.

Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atılıb. O, Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib. Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən R.Əliyev 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilib.

Azvision.az


Teqlər: Milli-Qəhrəman  





Xəbər lenti