Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  31 Avqust 2020    Oxunub:2949
Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi və Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birindən 1421 manat pul və 80 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov Qax rayonu ərazisində saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti