Evə girən quldurlar qadını bıçaqladı

Evə girən quldurlar qadını bıçaqladı
  31 Avqust 2020    Oxunub:2992
Şamaxıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) avqustun 24-də saat 3 radələrində, şəhər sakini P.Niyazovun evinə girən bir nəfərin onu və arvadını bıçaqla hədələyib pul tələb etməsi, döyməsi və arvadının çənə nahiyəsinə bıçaqla xəsarət yetirərək 2 ədəd mobil telefon aparması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Heybətov, P.Həmidov və V.Pənahov saxlanılıblar.

Azvision.az



Teqlər: Şamaxı   DİN  





Xəbər lenti