Aşura ilə bağlı 500-ə yaxın vətəndaş qan verib - FOTOLAR

  Aşura ilə bağlı 500-ə yaxın vətəndaş qan verib -    FOTOLAR
  31 Avqust 2020    Oxunub:3519
Milli Hematologiya və Transfuziologiya Mərkəzi Aşura günü ilə bağlı qanvermə aksiyası keçirib.
Mərkəzi Qan Bankından Azvision.az -a bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkədə karantin rejimi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib.



Bu il Aşura günündə vətəndaşlarımız pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakı şəhərində yerləşən Mərkəzi Qan Bankında və bölgələrdəki bölmələrində ehsan niyyəti ilə qan veriblər.



Qeyd edilib ki, Aşura günü Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakı şəhərində yerləşən Mərkəzi Qan Bankında və bölgələrdəki bölmələrində 500 nəfərə yaxın vətəndaş könüllü şəkildə qan verib. Mərkəzi Qan Bankı qan ehtiyacı olan vətəndaşlara könüllü qan donoru olmaqla bağlı müraciət edib.



Azvision.az



Teqlər:





Xəbər lenti