Bacısını boğaraq öldürən qardaşın işi məhkəməyə göndərildi

   Bacısını boğaraq öldürən qardaşın işi məhkəməyə göndərildi
  31 Avqust 2020    Oxunub:4002
Bu il mayın 15-də Masallı rayonu Çaxırlı kənd sakini Könül Məmmədrzayevanın kəndirlə boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Masallı rayon prokurorluğundan Azvision.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin qardaşı Rafiq Gözəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı Könül Məmmədrzayevanı kəndirlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: Masallı   Cinayət   Prokurorluq  





Xəbər lenti