Bakıda oğurluq edən şəxs Qaxda tutulub

Bakıda oğurluq edən şəxs Qaxda tutulub
  31 Avqust 2020    Oxunub:3726
Nəsimi rayonu ərazisində oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, avqustun 5-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birindən 1421 manat məbləğində pul və 80 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi və Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti