Yanan avtobusdan sərnişinlər təxliyə edilib

Yanan avtobusdan sərnişinlər təxliyə edilib
  01 Sentyabr 2020    Oxunub:2076
Bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Azvision.az


Teqlər: BNA   Avtobus   Yanğın  





Xəbər lenti