Ağacları məhv edən müəssisə cəzalandırıldı

Ağacları məhv edən müəssisə cəzalandırıldı
  01 Sentyabr 2020    Oxunub:2325
Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.
Azvision.az -ın məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ünvanda “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

H.Əlizadə qeyd edib ki, faktla bağlı MMC barəsində akt tərtib edilib.

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Azvision.az



Teqlər: Ağac   Kəsən   Cərimə  





Xəbər lenti