DİN Biləcəridəki qətllə bağlı məlumat yaydı

DİN Biləcəridəki qətllə bağlı məlumat yaydı
  01 Sentyabr 2020    Oxunub:2131
Avqustun 31-də saat 10 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Xaliq Bağırovun yaşadığı evdə qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsinə müraciət daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin mərhumun kürəkəni Zəngilan rayon sakini A.Hüseynəliyev tərəfindən törədilməsi müəyyən edilib. A.Hüseynəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Azvision.az


Teqlər: Biləcəri   Qətl  





Xəbər lenti