Velosiped sürən şəxsi maşın vurub öldürdü

Velosiped sürən şəxsi maşın vurub öldürdü
  01 Sentyabr 2020    Oxunub:2185
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 31-də saat 8 radələrində Kürdəmir rayonunun Qaraqocallı kəndi ərazisində Ağsu şəhər sakini E.Behbudov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə yolun hərəkət hissəsində velosiped sürən Şahsevən kənd sakini Ramil Novruzovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Kürdəmir   Qəza   DİN  





Xəbər lenti