Goranboyda maşın ağaca çırpılıb, 2 nəfər ölüb

  01 Sentyabr 2020    Oxunub : 2251
   Goranboyda maşın ağaca çırpılıb, 2 nəfər ölüb
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, avqustun 31-də saat 20 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində Aşağı Ağcakənd qəsəbə sakini Samin Xanlarov idarə etdiyi “AzSamand” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində, sərnişini olan həmyerlisi Əli Məmmədov isə xəstəxanada ölüb.

Azvision.az

Teqlər: Goranboy   Qəza   DİN