Maşın oğrusu tutuldu

  01 Sentyabr 2020    Oxunub : 2676
Maşın oğrusu tutuldu
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Hacıqabul rayon sakini Q.Babayev avqustun 31-də Bakuvi küçəsindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Rzaquliyev Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: Maşın   Oğurluq