Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  01 Sentyabr 2020    Oxunub:2713
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, avqustun 31-də saat 23 radələrində Hacıqabul rayonu ərazisində Sabirabad rayon sakini Orxan Qiyaslı idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Hacıqabul   Qəza   DİN  





Xəbər lenti